SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyanın Emmerix şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) naməlum üç şəxs gömrük idarəsinin binasından təxminən 6,5 milyon avro pul oğurlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə N-tv telekanalı məlumat verib.

Bildirilib ki, basqın noyabrın 1-də baş tutub.

Faktla bağlı araşdırma aparılır. Polis hücumun yaxşı planlaşdırıldığını və peşəkarlıqla həyata keçirildiyini qeyd edib. Belə ki, cinayətkarlar qazma qurğusundan istifadə edərək binanın zirzəmisinə daxil olub və seyfə çıxış əldə ediblər.

BAKU.WS