SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxs bank işçilərini və müştəriləri girov götürüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazi mühasirəyə alınıb və xüsusi təyinatlılar insident yerinə cəlb edilib. 19 nəfəri girov götürdüyü bildirilən şəxsin yarım milyon dollar və helikopter tələb etdiyi bildirilir.

Qarətçi tələblərini girov götürülən şəxslərdən birinin mobil telefonu ilə əlaqə saxlayaraq “Mtavari Arxi” telekanalının efirində səsləndirib.

Silahlı şəxsin üzərində avtomat, tapança və qumbara olduğu bildirilir.

BAKU.WS