VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 xəstəliyinə səbəb olan koronavirus ventilyasiyalı qapalı məkanda azı 30 dəqiqə qala və 4,5 metrə qədər hərəkət edə bilər. Bu isə dünyanın səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə çinli epidemioloqların apardığı araşdırmada qeyd olunub.

Hunan əyalətinin alimləri yoluxmuş çinlinin maskasız halda mindiyi avtobusda koronavirusun yayılması ilə bağlı konkret halı təhlil ediblər. Təhlil edilən halda həmin şəxs salonun müxtəlif yerlərində əyləşmiş 7 sərnişini, o cümlədən ondan 6 sıra və ya 4,5 metr uzaqlıqda olan cütlüyü yoluxdurub. Bundan əlavə, virus təyinat nöqtəsinə çatdıqdan 30 dəqiqə sonra yenidən yola çıxan növbəti reysin sərnişininə də keçib.

Alimlər həmçinin koronavirusun öskürək və ya asqıraq zamanı tənəffüs yollarından çıxan damcıların düşdüyü səthdə bir neçə gün qala biləcəyini müəyyən ediblər. İnfeksiyanın xarici mühitdə nə qədər qalması isə temperaturdan və materialın növündən asılıdır. Məsələn, 37 dərəcə istilikdə virus iki-üç gün şüşə, parça, metal, plastik maddə və ya kağız səthində aktiv qala bilir.

Çinli alimlər əl yumağın və ictimai yerlərdə, xüsusilə nəqliyyatda maska taxmağın vacibliyini qeyd ediblər.

BAKU.WS