SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirusa yoluxan konkret xəstə aşkarlandı. Bəs ölkə daxilində özündə bu virusun əlamətlərini hiss edən vətəndaşlar ilk olaraq nə etməli, kimə zəng etməli, hara xəbər verməlidirlər?

Medicina.az saytı sınaq üçün təcili yardım 103 xidmətinə zəng edərək “iş yerində koronavirus şübhəli əməkdaşımız var, özü klinik mərkəzə getsin, yoxsa siz gəlib aparırsınız?” sualını verdi.

Ona görə də məlumat olaraq bildiririk ki, koronavirus şübhəli istənilən insan birinci növbədə 103 xidmətinə zəng edir, daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir.

Təcili yardım sizi Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq.

Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.

BAKU.WS