SİZİN REKLAM BURADA!
055 213 76 73


Dərman preparatlarının faydası ilə yanaşı əks təsirləri də vardır. Kimyəvi maddələrin toksiki təsirinə daha çox kisə formalı orqanlar - ürək, qaraciyər, mədəaltı vəz məruz qalır. 

Bəzi dərmanların özbaşına, yersiz, uzun müddət və dozası aşırı qəbulu mədəaltı vəzin incə divarının iltihabına səbəb olur. Tibdə dərman mənşəli pankreatit diaqnozu vardır. Bu orqanın ən cüzi zədələnməsi və pozulması şəkər, nekroz, xərçəngə kimi gətirib çıxarır. 

BAKU.WS medicina.az-a istinadən mədəaltı vəziniz üçün təhlükəli dərmanları təqdim edir:

Antibiotiklər - tetrasiklik və metronidazol, ampisillin, seftriakson, eritromisin

Sidikqovucu və hipotenziv dərmanlar

Təzyiq üçün istifadə olunan bu dərmanlar mədəaltı vəz toxumasını dağıdır. 

Hormonal dərmanlar

Qlükokortikosteroidlər - tibbin ağır artilleriyasıdır. Hormonlar mədəaltı vəzin insulin hasilatını pozur.

Oral kontraseptivlər - hamiləliyə qarşı dərmanlar orqanda patoloji geridönməz proseslər yaradır. Ona görə bu dərmanları uzun müddət qəbul etmək olmaz.
BAKU.WS