VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.

Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.
BAKU.WS