SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı dermatoloq Dr. Şikar Hüseynov sızanaq (Akne) ilə bağlı doğruları açıqlayıb. 
 
Sızanaq (Akne) – tük follikulu və ona bitişik yağ vəzilərinin xroniki iltihabi xəstəliyidir. Yağ vəzlərindən zəngin bölgələrdə (alın, yanaq, çənə, sinə, kürək) olur.
 
Sızanaq müxtəlif yaşlarda yarana bilər. Adətən yeniyetməlik yaşlarından etibarən başlar, 25 yaşına qədər görülə bilər. Bəzi hallarda isə 25 yaşından sonra da davam edə bilər. Daha uzun müddət davam edən qadın sızanaqlı xəstələrdə bəzi hallarda endokrin (hormonal) vəya ginekoloji problemlər də ola bilər.
 
Sızanaqların yaranmasında 4 mərhələ var:

1) Yağ ifrazının artması
Androgen hormonların təsirindən dəridə yağlanma artır. Sızanaqlı insanların bir çoxu genetik olaraq yağlı dəriyə sahib olur. 
2) Follikul kanalının keratin tıxacla tutulması
Yağ vəzisi tük follikulu ilə bərabər dəri səthinə açılır. Lakin kanal keratin tıxacla tutulanda yağ xaric ola bilmir və dəri altında toplanır. 
3) Bakteriyaların artması
Propionibacterium acnes başda olmaqla, Stafilokokklar, Malassezia kimi mikroorganizmalar artar.
4) İltihab 
- Artan yağlılıq, keratin tıxac, mikroorqanizmalar iltihaba səbəb olur.
 
Dr Şikar Hüseynov
Uzm. Dermatoloq
 
Tel: 0553034249, 0773034249, 0703034249 
 
Facebook: drshikarhuseynov
İnstagram: drshikarhuseynov
 
BAKU.WS