SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər dünyasını dəyişib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində məlumat paylaşıb.

Məlumata əsasən, son 24 saatda 40 247 şübhəli koronavirus testindən keçib, onlardan 987-nin cavabı pozitiv çıxıb. Bu gün daha 978 xəstə sağalıb.

Qardaş ölkədə indiyədək 232 856 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5728 nəfər ölüb, 216 494 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir qeyd edib ki, COVID-19-dan şübhəlilər arasında testdən keçənlərin sayı 4 885 916-ya yaxınlaşıb.

BAKU.WS
VİDEO