SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus hazırda dünyanın müxtəlif bölgələrində dörd əsas ssenari üzrə yayılır.

BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bütün ölkələrin risk altında olduğunu, lakin hamısının eyni dərəcədə koronavirusdan təsirlənmədiyini vurğulayıb.

Birinci ssenari: Xəbərdarlıq edilmiş və məlumatlı olan ölkələrdə böyük yoluxmaların qarşısını almaq mümkün olub. Bunların arasında Cənub-Şərqi Asiya, Karib dənizi hövzəsi, Afrika və Sakit okean regionlarından bəzi ölkələr var.

İkinci ssenari: Bir çox Avropa ölkələrində epidemiyanın geniş miqyasda yayılması baş versə də, güclü idarəçilik və qoyulan tələbləri yerinə yetirən əhali sayəsində xəstəlik nəzarət altına alınıb.

Üçüncü ssenari: Epidemiyanın ilk pik həddini aşmağı bacaran və bundan sonra məhdudiyyətləri yumşaltdıqdan sonra xəstəliyin yeni dalğası ilə mübarizə aparmaq məcburiyyətində qalan ölkələrdir. 

Dördüncü ssenari: Amerika, Cənubi Asiya və Afrikanın bir sıra ölkələrində infeksiyanın intensiv ötürülməsi mərhələsi gedir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 13 248 972, ölənlərin sayı 575 841, sağalanların sayı 7 717 987 nəfərdir.

BAKU.WS