SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada koronavirusdan sağalanların sayı 2 581 951 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Son rəqəmlər göstərir ki, COVID-19-un aşkarlandığı bütün ölkələrdə təhlükəli virusdan sağalanların ümumi sayı tədricən artır.

COVID-19 virusuna ən çox yoluxma ABŞ-da (1,768,461), Braziliyada (438,812) və Rusiyada (379,051) qeydə alınıb.

Dünya üzrə ən çox sağalma faktları isə bu ölkələrdə qeydə alınıb: ABŞ (498,725), İspaniya (196,958) və Braziliya (193,181).

BAKU.WS