SİZİN REKLAM BURADA!
055 213 76 73


Həbib Nurməhəmmədovun bir müddət öncə xəstəxanaya yerləşdirilən atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə idmançı özü şəxsi "Instagram" hesabında məlumat verib.

Həbib bildirib ki, atası hazırda Moskvadakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.

İdmançının atası süni nəfəs aparatına qoşulub:

“Atamın ürəyində virusa görə problemlər yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu. İndi yenidən əməliyyat olundu. Atamın vəziyyəti çox ağırdır”.

Həbib həmçinin Dağıstanda yaşayanlara müraciət edib. O bildirib ki, regionda vəziyyət yaxşı deyil. Virusun təsiri artdığı üçün xəstəxanalar xəstələrlə dolub. 

BAKU.WS
VİDEO