SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ həkimləri koronavirusun ayaq barmaqlarının göy və ya bənövşəyi rəng almasına səbəb olduğunu müəyyən edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Pensilvaniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Ebbinq Lautenbax ləkələrin barmaqlara toxunduqda yanma və ağrılarla müşayiət olunduğunu bildirib.

Alimlərin sözlərinə görə, bu simptom həm kəskin tənəffüs çatışmazlığı sindromu olan ağır xəstələrdə, həm də xəstəliyi asimptomatik keçirən gənc xəstələrdə və o cümlədən uşaqlarda müşahidə olunur. Bununla yanaşı simptomun xəstəliyin ən erkən mərhələlərində, testin neqativ nəticə verə biləcəyi zaman göründüyü bildirilib.

Lautenbax qeyd edib ki, göy barmaqlar infeksiyaya qarşı yerli bir iltihab reaksiyası və ya qan damarlarının tıxanmasından qaynaqlana bilər. Massaçusets xəstəxanasının təcili yardım xidmətinin direktoru Suzan Uilkoks bildirib ki, bu simptomlar qripin ağır forması və ya virus pnevmoniyasından əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qeyd edək ki, dünya üzrə koronavirusa 2 734 102 insan yoluxub, 191 189 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.

BAKU.WS