VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürək bulanması, ciddi ağrılar və zəiflik hətta ən sadə fiziki məşqləri belə etməyə imkan vermirdi.

BAKU.WS xəbər verir ki, bu sözləri "National Defence" radiosuna müsahibəsində tanınmış aktyor Tom Henks bildirib.

Onun sözlərinə görə, COVID-19-a yoluxan həyat yoldaşı Rita Uilsonun vəziyyəti daha ağır idi: "38,8 temperaturu var idi, dad bilmə və qoxumaq hissini itirmişdi. O, üç həftə ərzində yeməkdən zövq ala bilmirdi. O qədər üəyi bulanırdı ki, yataqdan otağın digər hissəsinə sürünmək məcburiyyətində qalırdı. Bu, bir müddət davam etdi".

Rita Uilson isə etiraf edib ki, əzələləri çox zəif olduğu üçün özü gəzə bilməyib: "Çox narahat olurdum və istəmirdim ki, kimsə mənə toxunsun. Bundan sonra qızdırma və titrəmələr başladı”.

Aktrisanın dediyinə görə, həkimlər ona qəbul etməsi üçün malyariya xəstəliyi və xlorokin dərmanlarını yazıblar. Bu dərmanların kömək olub-olmadığına əmin deyil, ancaq xəstəlik azalıb.

Xatırladaq ki, Henks və həyat yoldaşı Elvis Presli haqqında çəkilən filmin çəkilişlərində iştirak etmək üçün Avstraliyaya yollanmışdılar. Orada ikisi də koronavirusa yoluxmuş və sağaldıqdan sonra ABŞ-a qayıtmışdılar.

BAKU.WS