SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ kəşfiyyatı ötən ilin noyabrdında Çinin Uhan şəhərində bir çox insanın həyat tərzini dəyişdirəcək və eyni zamanda əhali üçün təhlükə yaradan infeksiyanın yayılması barədə xəbərdarlıq edib.

BAKU.WS ABC-yə istinadən xəbər verir ki, hazırda kəşfiyyatçılar Ağ Evin o zaman bu xəbərdarlıqlara cavab verməməsindən qəzəblənirlər.

Xəstəliyə dair narahatlıq Milli Tibbi Kəşfiyyat Mərkəzi (NCMI) tərəfindən yayımlanan kəşfiyyat hesabatında öz əksini tapıb. Məruzə peyk görüntüləri, elektron və telefon mesajlarının təhlilinin nəticəsi olub.

"Analitiklər bunun ağır fəlakətlərə səbəb ola biləcəyi qənaətinə gəliblər", - deyilən hesabat bir neçə dəfə ABŞ-ın Baş Qərargah İdarəsinə və Ağ Evə ötürülüb.

“Mən kəşfiyyatın bu məlumatı əldə etməsinə təəccüblənmirəm. Ağ Evin açıq xəbərdarlıqlara məhəl qoymaması, qurulmuş pandemik reaksiya protokollarına əməl etməməsi və bu çağırışa cavab vermək üçün ümummilli səy göstərməyə tələsməməsi bizi məyus edir", - deyə Milli Təhlükəsizlik Departamentinin keçmiş kəşfiyyat kuratoru Con Koen bildirib.

ABŞ prezidenti Donald Trampa gəlincə, məlum olub ki, onun COVID-19-un müalicəsi üçün reklam etdiyi bir dərman istehsalında maddi marağı var. Söhbət Trampın təsirini bir neçə həftə ərzində təkrarladığı hidroksiklorokin və azitromisindən gedir. Ancaq həkimlər və tədqiqatçılar bunun əksini söyləyirlər.

"Hidroksiklorokin və azitromisin birlikdə qəbul edildikdə tibb tarixində ən əhəmiyyətli irəliləyişlərdən birinə nail olmaq üçün real şans var", - deyə Donald Tramp 21 mart tarixində "Twitter" səhifəsində yazıb.

BAKU.WS