SİZİN REKLAM BURADA!
055 213 76 73


Çindən son 24 saatda koronavirusdan ölüm halı qeydə alınmayıb.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, bu hal yanvardan bu günə qədər ilk dəfədir yaşanır.

Virusa yoluxanların sayı isə 32 nəfər artaraq 81 min 740-a çatıb. Daha 89 nəfər isə virusdan sağalıb. Ümumilikdə koronavirusdan sağalanların sayı 77 min 167 nəfərə çatıb, 3331 nəfər isə ölüb.

Hazırda 1242 nəfərin müalicəsi davam etdirilir.

BAKU.WS