SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ mütəxəssisləri bütün dünyada sürətlə yayılan və minlərlə insanın ölümünə səbəb olan koronavirusla bağlı yeni faktı aşkar ediblər.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, koronavirusun ağciyərlərdən başqa, insanın beyninə də zərər vurduğu məlum olub.

Alimlər bu məsələnin ciddiliyini ifadə edərək bildiriblər ki, ağciyərlərin fəaliyyəti pozulursa, xəstəni respiratora bağlayırıq, beyin üçün isə eyni çıxış yolu yoxdur.

Nevroloqlar bəzi koronaviruslu xəstələrin beynində ciddi pozuntuların yarandığını aşkarlayıblar.

Həmin xəstələrdə koronavirusdan sağaldıqdan sonra nitqin pozulması və reaksiyanın zəifləməsinin müşahidə edildiyi vurğulanıb.

BAKU.WS