VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada 1 milyondan çox insanın yoluxmasına və 53 mindən çox insanın ölümünə səbəb olan koronavirusun qarşısının alınması ilə bağlı ümid verici xəbər ABŞ-dan gəldi.

BAKU.WS sozcu.com.tr-yə istinadən xəbər verir ki, Pitsburq Universitetinin Tibb Fakültəsində koronavirusun peyvəndinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Məlumata görə, artıq peyvənd siçanlar üzərində sınaqdan keçirilib və uğurlu nəticə əldə edilib.

Araşdırmaya rəhbərlik edən mütəxəssis Andrea Qambotto daha öncə SARS və MERS kimi viruslara qarşı çalışmalar etdiklərini və buna görə də, koronavirusla konkret olaraq orqanizmin hansı hissəsində daha uğurlu mübarizə aparmaq lazım oduğunu bildiklərini söyləyib.

Qambotto peyvəndin ənənəvi qrip əleyhinə peyvənd əsasında hazırlandığını bildirib.

Hazırda peyvəndin təsdiqlənməsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət prosesi başlayıb. Əgər peyvənd təsdiqlənərsə, bir neçə ay ərzində insanlar üzərində də istifadə ediləcək.

Fərid ƏDALƏT
BAKU.WS