SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada COVID-19 virusunun qurbanlarının sayı 37 min nəfəri ötüb.

BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Son rəqəmlərə görə, koronavirus infeksiyasına yoluxanların sayı 785 min 807 nəfərə çatıb.

Dünya üzrə ən çox yoluxma ABŞ-a (164 min 253 nəfər) məxsusdur. Ən çox ölüm nisbəti isə İtaliyada (11 min 591) qeydə alınıb.

Koronavirusdan sağalanlar isə ən çox İspaniyada (16 min 780) müşahidə olunur. 

 

BAKU.WS