SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə koronavirusa yoluxanların sayı 5698-ə, ölənlərin sayı isə 92-yə yüksəlib.

BAKU.WS Real TV-yə istinadən bildirir ki, virusa yoluxanların arasında bir soydaşımız da var. Canlı bağlantıya qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim onun vəziyyəti barədə danışıb:

“O, hal-hazırda xəstəxanadadır. Şükürlər olsun ki, onun vəziyyəti qənaətbəxşdir. Biz davamlı olaraq onun özü ilə də, xəstəxana ilə də əlaqədəyik. Deyirlər ki, çox güman ki, onu martın 30-da artıq xəstəxanadan çıxaracaqlar və evinə gedə biləcək”.

X.İbrahim səfirlik əməkdaşlarının xüsusi rejimdə işlədiyini əlavə edib.

BAKU.WS
VİDEO