SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicə və profilaktikasında istifadə ediləcək dərmanların adlarını açıqlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Nazirlik umifenovir, remdesivir, favipiravir yeni növ koronavirusun müalicəsi üçün uyğun olduğunu açıqlayıb:

"SARS-CoV və MERSCoV koronaviruslarının yaratdığı atipik pnevmoniya zamanı böyüklərin istifadə edə biləcəyi dərmanlara isə lopinavir+ritonavir, xloroxin, hidroksixloroxin, interferon preparatları aiddir”, - nazirliyin sənədində qeyd edilir.

Eyni zamanda, bu günə qədər olan məlumatların dərmanların effektivliyi barədə birmənalı nəticə çıxarmaq üçün kifayət etmədiyi də vurğulanır.

“Bununla əlaqədar olaraq, dərmanların tibbi komissiyanın qərarı ilə müəyyən edilmiş qaydada istifadəsinə icazə verilir”.

BAKU.WS