SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində COVID-19 virusuna yoluxmamaq üçün etanol (saf alkoqol) istifadə edənlərdən 30 nəfər həyatını itirib. 

BAKU.WS xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Bildirilir ki, ölənlərin əksəriyyəti Türkmənistan vətəndaşlarıdır.

Etanol qəbul edən daha 20 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, həyatını itirmiş şəxslər etanolu bədənlərinə sürtüb, daha sonra isə onu içiblər.

BAKU.WS