SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yuventus” klubunun daha bir futbolçusunun koronavirusa yoluxduğu təsdiqlənib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, fransalı 32 yaşlı futbolçu Blez Matuidi COVİD-19-a yoluxub.

Xatırladaq ki, bundan əvvəl “Yuventus”dan Daniele Ruqani də koronavirusa yoluxmuşdu.

Bundan sonra "Yuventus"un aralarında futbolçular, personal, rəhbərlik və klubun başqa işçiləri olan 121 əməkdaşı könüllü karantinə gedib. İtaliya çempionatı koronavirus epidemiyasına görə dayandırılıb.

BAKU.WS