VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda daha 12 nəfərdə koronavirus infeksiyası aşkarlandıqdan sonra ölkədə COVID-19-a yoluxanların sayı 64 nəfərə çatıb.

BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə nazirinin sözçüsü Alina Nikoqosyan məlumat yayıb.

"Martın 17-də saat 12:00-a olan testlər nəticəsində daha 12 yoluxma təsdiqlənib. Ölkə üzrə koronavirusa yoluxanların sayı 64-ə çatıb", - deyə Alina Nikoqosyan bildirib.

Qeyd edək ki, koronavirus epidemiyasının yayılması ilə əlaqədar Ermənistanda martın 16-dan fövqəladə vəziyyət elan olunub.

BAKU.WS