SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun ulduz simaları Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirus müalicəsini uğurla başa çatdırıblar.

BAKU.WS "Hollywood Reporter"ə istinadən xəbər verir ki, aktyor və həyat yoldaşı Kvinslenddəki xəstəxananı tərk edərək evlərinə yollanıblar.

Hər iki Hollivud ulduzu karantin müddətini evlərində keçirəcəklər.

Qeyd edək ki, Tom Henks və Rita Uilson Avstraliyada bir mənzil kirayə götürüblər. Onlar rejissoru Baz Lurman olan Elvis Presli haqqında filmin çəkilişi ilə əlaqədar bu ölkədədirlər.

Amerikalı aktyor və həyat yoldaşında COVID-19 diaqnozununun təsdiqlənməsini Tom Henks martın 12-də İnstaqramda elan etmişdi.

BAKU.WS