SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus yenidən can almağa başlayıb.

BAKU.WS xəbər verir ki, virusun yarandığı və dünyaya yayılmağa başladığı koronavirus yenidən Çində özünü göstərir.

Çinin Tianjin şəhərindəki krematoriumdan çəkildiyi iddia edilən görüntülərdə qırmızı tabutların uzun cərgəsi görünüb.

Sağlamlığın təşviqi və xəstəliklərin azaldılması üzrə mütəxəssis, epidemioloq Erik Feigl-Ding bildirib ki, paytaxt Pekində bir çox xəstəxanada oksigen balonu ehtiyatı tükənir. Səhiyyə üzrə araşdıma aparan "Airfinity" şirkəti iddia edib ki, Çində gün ərzində koronavirusdan 5 min ölüm faktı qeydə alınıb.

Şirkət həmçinin təxmin edib ki, əgər yoluxma və ölüm sayı sürətlə artarsa, Çində 2,1 milyon insan koronavirusun qurbanı olacaq.

BAKU.WS
VİDEO