SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “CanSino Biologics” şirkəti tərəfindən istehsal olunan “Convidecia” koronavirus peyvəndini fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan dərmanlar siyahısına əlavə edib.

BALU.WS "Oxu.az"a istinadən xəbər verir ki, “Convidecia”nın modifikasiya olunmuş insan adenovirusuna əsaslandığı bildirilir. Təsdiqlənmiş peyvənd tək komponentdən ibarətdir.

“Bu gün Ümumdünya Səhiyyə Təşkilatı SARS-CoV-2-nin səbəb olduğu COVID-19-un qarşısını almaq üçün ÜST tərəfindən təsdiqlənmiş artan peyvənd portfelinə əlavə olaraq Çində “CanSino Biologics” tərəfindən istehsal olunan “Convidecia” peyvəndi üçün Təcili İstifadə Siyahısını (EUL) açıqlayıb”, – deyə ÜST-ün bəyanatında bildirilir.

ÜST-ün məlumatına görə, “Convidecia”nın COVID-in simptomatik formasına qarşı effektivliyi 64%, ağır formasına qarşı isə 92% təşkil edir.

BAKU.WS