SİZİN REKLAM BURADA!
055 213 76 73


İsraildə mayın 20-dən etibarən hava limanında məcburi PCR testi tələbi ləğv ediləcək.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, müvafiq qərar səhiyyə naziri Nitsan Horovits və baş nazir Naftali Bennett tərəfindən qəbul edilib.

Hazırki qaydaya əsasən, İsrailə hava yolu ilə gələn hər kəs birbaşa Ben Qurion hava limanında PCR testindən keçməlidır.

Bu tələb koronavirus pandemiyasının başlamasından sonra tətbiq edilib.

BAKU.WS