SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada izafi ölüm halları 14,9 milyon nəfər təşkil edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.

Qeyd olunub ki, izafi ölüm halları birbaşa (xəstəlik) və dolayısı ilə (pandemiyanın səhiyyə sistemi və cəmiyyətə təsiri) COVID-19-la bağlı olub.

Koronavirus və pandemiyanın təsirindən ən çox ölüm Cənub-Şərqi Asiya, Avropa və Amerikada (86%) qeydə alınıb. Həmçinin, kişilər arasında ölüm hallarının ümumi sayı qadınlara nisbətən daha çox olub (müvafiq olaraq 57% və 43%).

Qeyd edək ki, təşkilatın məlumatları rəsmi COVID ölümlərinin sayından 2,5 dəfə çoxdur. Belə ki, müxtəlif ölkələrin səhiyyə nazirliklərinin hesabatlarına görə, dünyada 15 milyon deyil, 6,2 milyon insan koronavirus səbəbindən dünyasını dəyişib.

BAKU.WS