VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib və ölkə “narıncı zona”dan “qırmızı zona”ya keçib.

BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.

Bildirib ki, koronavirusla bağlı mövcud vəziyyət çox gərgindir və narahatlıq doğurur.

A.Qamkrelidze deyib ki, ölkədə məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. “Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”,- deyə baş epidemioloq vurğulayıb.

BAKU.WS