SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşı Vinod Skariya öz “Twitter” səhifəsində məlumat yayıb.

Mütəxəssis koronavirusun yeni mutasiya etmiş növü barədə, o cümlədən onun təkrar infeksiyalara səbəb olub-olmaması haqda çox az məlumata sahib olduqlarını söyləyib.

V.Skariya qeyd edib ki, bu suallara daha dəqiq və hərtərəfli cavab vermək üçün məqsədyönlü epidemioloji tədqiqatların aparılmasına ehtiyac var.

Xatırladaq ki, Hindistan COVID-19-dan ən çox zərər çəkən ölkələr sırasında ikinci yerdədir.

Bu günə qədər 182 570 hindistanlı koronavirusun qurbanı olub.

BAKU.WS