VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın Zaltsburq şəhərində yeni növ koronavirus infeksiyasının Braziliya mutasiyasına yoluxma halı qeydə alınıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zaltsburq federal torpağının hökuməti bildirib.

Məlumata görə, indiyədək koronavirusun Braziliya mutasiyasına cəmi bir yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvarında Avstriyada koronavirusun CAR və Böyük Britaniya mutasiyalarına rast gəlinib. Bu, fevral ayında sərt karantinin uzadılmasına səbəb olub.

BAKU.WS