VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Hörmətli Prezidentimizin də iştirak etdiyi peyvənd olunma prosesinin 28 günü tamam oldu. Sabahdan peyvəndləmənin ikinci mərhələsi başlanır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, bu gün Türkiyə Elm Qurumunun üzvlərilə birlikdə onlara ikinci doza peyvənd vurulub.

F.Koca indiyədək Türkiyə əhalisinin 2 milyon 800 min nəfərinin peyvənd olunduğunu deyib: “Məqsədimiz əhalimizin 60 faizinin (COVID-19) peyvənd edilməsidir”.

Dünən və bu gün Türkiyəyə yeni peyvəndlər idxal olunduğunu deyən nazir Çinin “SinoVac” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “CoronaVac” inaktiv vaksini ilə əlaqədar ölkəyə 100 milyon doza vaksinin gətirilməsi üçün müqavilə bağlandığını bildirib.

F.Koca martın sonunadək almaniyalı türk alim Uğur Şahinin rəhbərlik etdiyi “BioNTech” şirkətinin istehsalı olan vaksinin (4,5-5 milyon doza) də ölkəyə gətiriləcəyini deyib.

Nazir aprel ayında yerli istehsal olan vaksinlərin də dövriyyəyə daxil olacağını bir daha vurğulayıb.

BAKU.WS