SİZİN REKLAM BURADA!
055 213 76 73


“Pfizer"/"BioNTech” peyvəndi koronavirusdan təcili istifadə üçün tövsiyə edilən vaksinlərin siyahısına daxil edilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

"Bu gün (cümə axşamı - red.) ÜST təcili istifadə üçün siyahıya "Pfizer"/"BioNTech" istehsalı olan COVID-19 vaksinini daxil edib", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, vaksinin siyahıya daxil edilməsi UNİCEF və Panamerikanın Səhiyyə Təşkilatının bu dərmanı ehtiyacı olan ölkələrdə paylanılması üçün satın almasına imkan verəcək.

BAKU.WS