SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərlə bağlı dəyərləndirmə proseduru var. Əgər firmalar bizə koronavirusa qarşı peyvəndləri ilə bağlı müraciət edirsə, təbii ki, ÜST buna baxır. Amma biz indi gözləyirik, sübutlara baxırıq".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, hansısa dövlətin agentlikləri peyvəndlərə müsbət yanaşsa, həmin ölkələr bundan istifadə edə bilər: "Həmin ölkələr ÜST-ün rəyini gözləmək məcburiyyətində deyil. Araşdırmalar nəticəsində peyvəndlərlə bağlı müsbət nəticələr görülür".

H.Harmancı qeyd edib ki, koronavirus peyvəndi ilə bağlı ümid var: "Bildiyiniz kimi, 10 peyvənd araşdırılır. İngiltərə artıq insanları peyvənd etməyə başlayıb. Təxmin edirik ki, yaxın vaxtlarda bir neçə peyvənd olacaq”.

BAKU.WS