SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada artıq hər gün minlərlə ölkə vətəndaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxur. Peyvəndi hələ də tapılmayan bu epidemiyanın satındakı artım ciddi narahatlıq doğurur.

İnfeksiyaya yoluxanlar tez bir zamanda xilas olmaq üçün ilk növbədə, qidalanmaya diqqət yetirməklə immunitetini gücləndirmək qayğısına qalmalıdır. Təcrübə göstərir ki, COVID-19 xəstələri həkim nəzarətində olmaqla yanaşı həm də qidalarına fikir verməlidirlər.

BAKU.WS xarici mətbuata istinadən immuntetinizi gücləndirəcək qidaların siyahısını təqdim edir:

“Ümumiyyətlə, yoluxucu xəstəliklərdə bədənin enerji tələbatı artır. Çünki qızdırma bu xəstəliklərdə çox rast gəlinən bir tapıntıdır.

Bədən istiliyində 1 dərəcə artım bazal metabolizm nisbətdə 10-12% artıma səbəb olur. Buna görə enerji istehlakı normadan bir qədər yüksək olmalıdır.

Bununla birlikdə, həddindən artıq bəslənmənin tənəffüs yükünü də artırdığını unutmamalıyıq. Enerji ehtiyacını ödəmək üçün zülal, lif, vitamin və minerallarla zəngin bir pəhriz olmalıdır.

Mümkün maye itkisi səbəbindən su istehlakı 2,5-3 lt ətrafında olmalıdır. Xüsusən də yuxarı tənəffüs yolu infeksiyalarında immunitet sistemini dəstəkləyən vitaminlər, minerallar və qidalar qəbul edilməlidir.

Ən yaxşı antioksidan vitaminlərdən biri C vitaminidir. Pomidor, təzə bibər, cəfəri, naringi, qreypfrut, portağal, nar, itburnu və kivi kimi C vitamini olan qidalar gün ərzində istehlak edilməlidir.

Sink və selenyum immunitet sistemi üçün vacib minerallardır. Selenyum dəniz məhsulları, ət, soğan və sarımsaqda olur.

Sink xüsusilə balqabaq toxumları, çiy fındıq, qoz, badam, hinduşka əti, quzu və göbələk kimi məhsullarda olur. Bu minerallar yüksək antioksidan təsir göstərir və bədənin toksinlərə qarşı mübarizə aparan hüceyrələrini gücləndirir.

Omeqa 3 yağ turşuları - bunlar ən qiymətli yağlardır. Yaddaş, beyin və sinir sistemi, psixologiya və ürək-damar sağlamlığı üçün əvəzolunmaz bir qidadır.

Həftədə 2 gün balıq yeyilməlidir. Balıqlarda omeqa-3-dən başqa bədənin istehsal edə bilmədiyi hüceyrələrin yenilənməsi və qocalmaması üçün vacib olan amin turşuları da var. Çiy fındıq, qoz və badam kimi yağlı toxumların tərkibində də Omeqa 3 var.

Probiyotik qidalar, bağırsaq sağlamlığı bütün bədənə təsir edir. Bağırsaqlarda nə qədər probiotik bakteriya varsa, maddələr mübadiləsi bir o qədər güclü olur.

Bu bakteriyaların artması üçün probiyotik qidalar istehlak etməlidir. Kefir və probiotik qatıq bu bakteriyalarla zəngin qidalardır. Ayrıca çuğundur, banan, sarımsaq və soğan da bu bakteriyaları artırır. Sarımsaqda A, B1 və C vitaminlərinin yanında kükürd birləşmələri olan çox faydalı bir qidadır.

Bu maddələr toxunulmazlığı gücləndirərək və hüceyrələri qoruyaraq antibiotik, antiviral, antibakterial və antifungal təsir göstərir. Sarımsağın bu təsirlərindən faydalanmaq üçün bir bütün olaraq deyil, çeynəmək və əzməklə istehlak edilməlidir.

BAKU.WS