SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub.

BAKU.WS xəbər verir ki, fonda indiyə qədər 114 170 606 manat ianə toplanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

BAKU.WS