SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı metrosunun bağlanması avqustun 31-nə qədər davam edəcək”.

BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Burada sırf texniki-epidemioloji və o cümlədən metronun bilavasitə ventilyasiya sistemi ilə əlaqəli olan məqamlar vardır.

Ekspertlərin də rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşdirilmiş ventilyasiya sistemi olan bir şəraitdə virusun təkrarən hərəkət etməsi və nəticədə yoluxmanın daha çox olması baş verə bilər. Buna görə də metronun işə salınması məqsədəuyğun hesab edilmir”.

BAKU.WS