SİZİN REKLAM BURADA!
055 213 76 73


“Xəbər verdiyimiz kimi avqustun 5-dən ölkədə çimərliklərdən istifadəyə icazə verilir. Çimərliklərlə bağlı ölkə rəhbərliyinin tapşırığı ilə monitorinq qrupları yaradılıb və monitorinq aparılıb".

BAKU.WS xəbər verir ki, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev deyib:

"Karantin dövründə işləməsi üçün şəraiti olan çimərliklər müəyyən edilib və vətəndaşlar bu haqda “cimerlik.az” saytında məlumat ala bilərlər. Çimərliyə getmək üçün heç bir icazə almağa ehtiyac yoxdur".

Qurum rəsmisi bildirib ki, bu portalda reyestrə salınan çimərliklər qeyd ediləcək:

“Sayt həmin çimərliklərə getməmişdən əvvəl informasiya almaq üçün yaradılıb. Burada getmək istədiyiniz çimərliyi tapa bilərsiniz. Çimərliklər dolumuna görə yaşıl, sarı və qırmızı göstəriləcək.

Hər bir çimərliyin konkret tutumu müəyyən olunub, həmin qaydalara uyğun istifadə ediləcək. Əgər bir yer üçün 500 nəfər müəyyən olunubsa, həmin çimərliyə 501-ci adam buraxılmayacaq.

Siyahıda olmayan çimərlik monitorinqdən kənar qalanlardır. Ora getmək istəyən vətəndaşları ehtiyatlı olmağa çağırırıq. Çünki orada yoluxma riski böyükdür”.

BAKU.WS