SİZİN REKLAM BURADA!
055 213 76 73


"Avqustun 5-dən karantin rejimində müəyyən yumşalmalara getməyi planlaşdırırıq, amma yoluxma sayı yenidən artsa, rejimi sərtləşdirməkdən başqa əlac olmayacaq".

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Hökumət karantin istəmir. Hökumətin marağı ondadır ki, iş yerləri açılsın, insanlar işləsin, iqtisadiyyat inkişaf etsin, vergilər ödənilsin. Bunun üçün də sadəcə tibbi maska taxmaq, əlləri vaxtaşırı yumaq, sosial məsafəni gözləmək lazımdır", - o qeyd edib.

BAKU.WS