VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusdan müalicə alan bir neçə mətbuat nümayəndəsi sağalıb.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Alçina Amilqızı "Facebook" səhifəsində paylaşım edib. 

O qeyd edib ki, koronavirusa yoluxan, bacı-qardaş olan jurnalistlər müalicələrini başa vurublar.

“Koronavirusdan müalicə alan bacı-qardaş həmkarlarımız - “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzetinin müxbiri Müşfiq Abdulla, eyni zamanda onun həyat yoldaşı Gülşən Abdullayeva sağalaraq müalicə aldıqları xəstəxanadan evə buraxılıblar”, - deyə o vurğulayıb.

BAKU.WS