SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.

“Koronavirus BSU-dan da yan keçmədi. BSU-nun rus dili kafedrasının müdiri, dosent Könül Qasımovanı itirdik. Hamı şok içində. Hamı kədər içində. Mən ilk dəfə rektorumu belə dərd içində, "necə bir gəlini itirdik", - deyə için-için ağlayan gördüm. Çox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Heç özümə yer tapa bilmirəm!”, - deyə prorektor əlavə edib.

BAKU.WS