SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb.

Bu barədə BAKU.WS Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Bildirilir ki, ölkədə COVID-19-la bağlı aparılan testlərin ümumi sayı 488 852-yə çatıb.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 202 nəfər müalicə edilir. Süni tənəffüs cihazında olan xəstələrin sayı 45 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

BAKU.WS