SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən zəngin azərbaycanlısı Vahid Ələkbərov iyunun 24-dən iyulun 1-nə qədər olan müddətdə 500 milyon dollar kasıblayıb.

BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, “Lukoyl” şirkətinin prezidentinin sərvəti 24 iyunda 18,2 milyard dollar səviyyəsində qiymətləndirilirdisə, iyulun 1-i üçün bu göstərici 17,5 milyard dollara qədər azalıb.

Hazırda Vahid Ələkbərov 17,5 milyard dollar sərvətlə dünyanın ən varlı 65-ci iş adamıdır. Bu göstərici ilə o, hələ də Rusiyanın 5-ci ən zəngin iş adamıdır.

69 yaşlı Azərbaycan mənşəli iş adamının sahibi olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.

BAKU.WS