SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə mərhumun tələbə yoldaşı, deputat Fazil Mustafa məlumat verib.

Millət vəkili N.Məmmədovun Astarada müalicə aldığı xəstəxanada vəfat etdiyini bildirib:

"İndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat etdi. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!"

Qeyd edək ki, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.

 

BAKU.WS