SİZİN REKLAM BURADA!
055 213 76 73


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

BAKU.WS xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 274 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 449 235 test aparılıb. Aktiv xəstə sayı 6 613 nəfərdir, onlardan 174 nəfər reanimasiyadadır, 32 nəfər isə süni tənəffüs aparatına qoşulub.

BAKU.WS