VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 37 yaşlı şəxs koronavirusdan vəfat edib və bu xəbəri eşidən anasının ürəyi dayanıb.

BAKU.WS xəbər verir ki, COVİD-19-a görə xəstəxanada müalicə alan Ramin Qurbanov virusla mübarizənin 9-cu günü məğlub olub.

37 yaşlı iqtisadçı iyunun 22-də, müalicə aldığı xəstəxanada vəfat edib.

Ürək ağrıdıcı məqam budur ki, Ramin doğum günündə vəfat edib. Sosial şəbəkədə təbriklər alan Ramin öldüyü gün səhər saatlarında hər kəsə təşəkkür etmişdi.

Başqa bir məlumatda Raminin ölüm xəbərini eşidən anasının da vəfat etdiyi bildirilir. Teymur Hacıyev adlı "Facebook" istifadəçisi yazıb ki, Ramin Qurbanovun anası oğlunun ölümünə tab gətirməyib. R. Qurbanovun talassemiya xəstəsi olan anası Nazilə xanım oğlunun ölümünə dözə bilməyib.

Ramin Qurbanovun azyaşlı qızı var. Körpə də talassemiya xəstəsidir.

Allah hər ikisinə rəhmət etsin!

 

Aysel
BAKU.WS