VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bakıdan rayonlara getmək istəyənlər ciddi yoxlanılacaq”.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi - polkovnik Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“Kimsə torpaq yolla rayona getmək istəyirsə, bir postdan keçirsə, əgər həmin avtomobil növbəti mərhələdəki postda görünmürsə, bu, karantin rejiminin pozulması kimi qiymətləndiriləcək. Yəni rayonlara torpaq yolla getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən də istifadə ediləcək”.

Qurum rəsmisi bildirib ki, SMS ilə hərəkət edən vətəndaşlar üçün də xüsusi göstəricilər var:

“Rayonlardan gəlməklə bağlı qərarda qeyd edilir ki, rayondaxili və ya şəhərdaxili 2 saat ərzində gedə bilərlər. Əgər hansısa tibb müəssisəsinə getmək lazım olarsa, bu halda müvafiq arayış əsasında vətəndaşlar hərəkət edəcəklər.

Lakin qayıdanda onları qəbul etmiş həkimin verdiyi arayış əsasında karantin postundan keçəcəklər. İstər rayona, istərsə də şəhərə gedib-gələnlərin hərarətinin ölçülməsi mümkündür.

Lakin bunları polis yox, tibbi mütəxəssislər həyata keçirsə, yaxşı olar. Kimsə özündə hərarət və xəstəlik simptomu hiss edərsə, həkimə müraciət etsin”, - deyə K.Əliyev bildirib.

BAKU.WS