SİZİN REKLAM BURADA!
055 213 76 73


İyun ayının 8-i DSMF-nin Qobustan şöbəsinin müdiri İrşad Həsənov və 6 nəfər əməkdaşda COVİD-19 testlərinin nəticəsi pozitiv çıxıb.

Bunu BAKU.WS-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.

O əlavə edib ki, şöbə müdiri hazırda xəstəxanada müalicəsini davam etdirir: "Koronavirusa yoluxan digər əməkdaşlar evdə müalicə alırlar. O ki qaldı şöbəyə, orada infeksiyaya qarşı xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri həyata keçirilib. Proses yekunlaşdıqdan sonra şöbə fəaliyyətini bərpa edəcək".

BAKU.WS