SİZİN REKLAM BURADA!
055 213 76 73


Son sutka ərzində Azərbaycanda koronavirusla bağlı 4006 test edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. 

Məlumata görə, bununla da ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-a çatıb. 

Qeyd edək ki, bu gün Azərbaycanda 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. 

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKU.WS