VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Bakının rayonları üzrə ən çox koronavirusa yoluxma Yasamal rayonun üzərinə düşür.

BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, ötən həftənin şənbə günündən bu günədək Bakının

Yasamal rayonunda - 16 faiz,

Nəsimi rayonunda - 14.8 faiz,

Sabunçu rayonunda - 13.8 faiz,

Nərimanov rayonunda - 11.3 faiz,

Binəqədi rayonunda - 10.6 faiz,

Xətai rayonunda - 9.4 faiz,

Qaradağ rayonunda - 8.4 faiz,

Suraxanı rayonunda - 5.4 faiz,

Nizami rayonunda - 4.9 faiz,

Xəzər rayonunda - 3.1 faiz,

Səbail rayonunda - 1.8 faiz,

Pirallahı rayonunda - 0.4 faiz

koronavirusa yoluxma halı qeydə alınıb.

BAKU.WS